azerbaijan tourism rvstravel

Самолеты с самой удобной «спальней»

 

Ən rahat və möhtəşəm “yataq otağına” malik təyyarələr - FOTOLAR
Uçuş zamanı evdəki kimi rahat olmaq xəyal kimi görünə bilər. Ancaq dünyada elə təyyarələr var ki, onların “yataq otağı” evdən də rahatdır.
RVS Travel həmin keyfiyyətləri özündə birləşdirən təyyarələrin siyahısını təqdim edir:


1. Sinqapur (Singapore Airlines)

Genişlik Sinqapur təyyarələrinin əsas gözə çarpan xüsusiyyətidir. Ona görə burada enli və qırmızı ağacdan hazırlanmış, yüksək keyfiyyətli dəri ilə üzlənmiş yataqlar var. Yemək menyusu isə məşhur baş aşbazlar tərəfindən hazırlanıb.

sinqapur

2.Qatar (Qatar Airways)

Qaz tükündən hazırlanmış yataq dəsti ilə ən rahat çarpayı isə Qatar hava yollarına məxsus birinci sinif təyyarələrindədir. 10 yeməkdən ibarət menyuya ikra, lobster, ərəb mətbəxinin ən dadlı yeməkləri və ən yaxşı şokolad daxildir. Bundan əlavə, burda içki barı da fəaliyyət göstərir.

qatar 1

3.Avstraliya (Qantas)

Rahat çarpayıda uçuşdan başqa siz burada pijama və hətta üz kremi də əldə edəcəksiniz. Əgər bu da sizi təəccübləndirə bilmədisə, burada sizə masaj və spa xidmətləri də göstəriləcək.

avstraliya

4.Ərəb Əmirliyi (Etihad)

Birinci sinif, daha doğrusu brilyant sinfi bir evdən belə daha möhtəşəm görünür. İki nəfərlik çarpayı, ən yaxşı yemək və tam xidmət. Burada özünün hamamı, tualeti və hətta qonaq otağı var.

qatar rb2 1qatar rb2

 

 

 

 

 

 

 

 

5.Böyük Britaniya (British Airways)

Lüksə uyğun şəkildə təyyarədə hər şey son texnika ilə təchiz olunub və hər şey avtomatlaşdırılıb. Bütün idarə etmə mavi ekran vasitəsi ilə baş verir. Məsələn, siz onun vasitəsi ilə nahar sifariş edə bilərsiniz, ya da pəncərəni bağlayıb oturacağınızı yatağa çevirə bilərsiniz.

britaniya

6.Yaponiya (Jal)

Yapon birinci sinfinə məxsus təyyarələrin iç qismi ağacdan və təbii dəri ilə döşənib. Oturacaqlar çarpayıya çevrilir və təyyarənin qalan hissəsindən özünü təcrid edə bilərsiniz. Həmçinin kiçik ekran vasitəsi ilə lazım olanı sifarişi edə bilərsiniz.

yaponiya

7.Fransa (Air France)

Bu hava yollarının təyyarələri gözləndiyi kimi bir restorana bənzəyir. Burada siz istədiyiniz yeməyi sifariş edə bilərsiniz. Daha sonra oturacaqları rahat divana və ya çarpayıya çevirərək istədiyiniz filmə baxa və ya sadəcə dincələ bilərsiniz

fraan

Mənbə: seyyah.az

  • 2AZAL-website-ico.png
  • Aeroflot-Russian-Airlines-Logo2.png
  • atlasjet.png
  • austrian.png
  • belavia.png
  • British.png
  • China.png
  • csa.png
  • flyduba2i.png
  • flydubai.png
  • LogoLufthansa.png
  • onur-air.png
  • pegasus-large-logo.png
  • Qatar-Airways-logo-logotype-1024x768.png
  • S7-Airlines-logo.png
  • turkish-airlines-logo.png
  • UIA.png
  • Uzbekistan.png
  • wizz4.png