azerbaijan tourism rvstravel

tel icon az

No result...

Azərbaycan

Azərbaycan və Böyük İpək Yolu 

Paytaxt: Bakı şəhəri
Əhalisi: 9 593.0
Ərazisi (kv. km-lə): 86,600
Rəsmi dili: Azerbaycan dili

   Bizim əcdadlarımızın ölkəsi sirli uzaq Çin ilə ziynət əşyalarına ehtiyacı olan zəngin Avropa arasında qızıl qapı rolunu oynayırdı. Ona görə də qədim İpək yolunun üstündəki zəncirin bu əsas «aşırımına» belə diqqət yetirilirdi. Həmin zamanlarda əsas karvan yollarının salınması təkcə qida və suyun olmasından asılı olmurdu. Karvan yolları, bir qayda olaraq, elə ölkələrdən keçirdi ki, orada səyahətçilər və tacirlər kifayət qədər yüksək mədəniyyət görmüş, müharibə və tayfalararası nifaq olmamış və yerli əhali ticarət əlaqələrinə can atmış olsun. Bütün bu keyfiyyətlər də Azərbaycan əhalisinə xas olan xüsusiyyətlərdir. Onun əməksevər, istedadlı sənətkarları isə xarici tacirlərə bir çox faydalı mallar təklif edə bilirdilər. Bunlara misal olaraq zərif ziynət əşyalarını, nəfəs və simli çalğı alətlərini, qiymətli silahları, dəbdəbəli, çox qiymətli xalçaları və əlbəttə yerli rəngarəng ipək parçaları göstərmək olar. Tacirlər Avropaya buradan neft, qiymətli daşlar, duz, civə, zəy, yun, pambıq, mineral boyalar, farmakoloji dava-dərman və bir çox başqa şeylər aparırdılar. Yerli mis məmulatlar: qab-qacaq, şamdanlar, astronomiya cihazları böyük şöhrət qazanmışdı. Yeri gəlmişkən, təcrübəli ustaların ənənələri əsrlərdən keçib müasir dövrə qədər gəlib çıxmışdır – hal-hazırda Azərbaycanın dağ kəndi olan Lahıcda qədim sülalələrin sirlərindən istifadə etməklə hələ də əntiqə miss əşyalar düzəldilməkdədir. Turistlər “oriental” səpgisində düzəldilmiş bu əşyaları həvəslə alırlar. Turistlərin çoxu əl işi olan xalçaları, naxışla işlənmiş kəmərləri, zərbafta ilə işlənmiş malları, kələğayıları, taxta memarlıq nümunələrini, Azərbaycan rəssamının milli səpgidə çəkdiyi şəkilləri və i.a. almağı sərfəli alver hesab edirlər. Bütün bu incəsənət əsərləri xaricdə mütəxəssislər və zərif şərq ziynət əşyaları həvəskarları tərəfindən yüksək qiymətləndirilir.

azerbaijanpanorama

 

 Azərbaycanın coğrafiyası 
   Azərbaycan Zaqafqaziya regionunun cənub-şərqində, Asiyanın qərbində yerləşir. Azərbaycan şimaldan – Rusiya ilə, şimal-qərbdən – Gürcüstan ilə, cənubdan – İranla, qərbdən – Ermənistan ilə, uzaq cənub-qərbdən Türkiyə ilə həmsərhəddir. Şərqdə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ərazisinin sahəsi – 86,6 min kv. km-dir. Qitə hissəsindən savayı onun sahəsinə Xəzər dənizində olan bir neçə kiçik adalar da daxildir (Bakı və Abşeron arxipelağı).azemap
Azərbaycanın ərazisində relyefin bütün növlərini: həm dağları, həm ovalıqları, həm düzənlikləri, həm də çökəklikləri görmək olar. Azərbaycanın demək olar, yarısını dağlar tutmuşdur: şimalda Böyük Qafqaz sıra dağları, cənub-qərbdə Kiçik Qafqaz sıra dağları ucalır. Ölkənin ən yüksək nöqtəsi – Baş və ya Suayrıcı sıra dağlarında yerləşən Bazardüzü (4 466 m) dağıdır. Ölkənin mərkəzi hissəsində Kür-Araz ovalığı, cənub-şərqində isə – Lənkəran ovalığı yerləşir.

  Ölkədə yerin təkində neft, dəmir filizi, əlvan metal ehtiyatları vardır. Azərbaycanın dağları sıx meşələrlə örtülüdür. Azərbaycan torpağının əsil bəzəyi onun dağ gölləridir. Batabat, Migel, Maralgöl, Göygöl kimi göllər özünəməxsus bənzərsiz gözəlliyə malikdir. 1000-ə yaxın mineral qaynaqlar aşkar edilmişdir, onlardan ən məşhurları – Badamlı, İstisu, Sirabdır.

Azərbaycanın fauna və florası da zəngin və müxtəlifdir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u respublikada müşahidə olunur.

 

Milli qoruqlar 
   Ölkənin təbiəti çox zəngindir. Onun ərazisində kaynozoy erasının abidəsi olan nadir meşələr qalmışdır. Onlara daha dünyanın heç bir yerində rast gəlinmir. Ona görə də, qəribə deyil ki, hökumət özünün bir çox təbiətin mühafizəsi ərazilərini yaradır və onları qoruyur. Qızılağac, Zaqatala, Şirvan kimi qoruqlar beynəlxalq əhəmiyyətə malikdir. Girkan Milli parkı Talış meşələrində və Lənkəran ovalıqlarında relikt bitkilərini qoruyur. Turyançay qoruğunun yaradılmasının əsas məqsədi – Bozdağın arid meşələr landşaftları kompleksinin saxlanılması və bərpasıdır. Böyük Qafqazın cənub yamacındakı təbiət kompleksləri İsmayıllı qoruğunu mühafizə edir, dünyanın ən gözəl göllərindən biri olan Göygöl və onu əhatə edən Kiçik Qafqazın təbii kompleksləri Göygöl qoruğunu mühafizə edir. Ağgöl, Bəsitçay, Qarayaz, Pirquli qoruqları da böyük maraq doğurur. Azərbaycanda ümumən 13 təbii qoruq və 18 müvəqqəti qoruq vardır.

 Fauna 
Azərbaycanın heyvanat aləmi də çox müxtəlifdir və təxminən 12 min növ heyvan vardır. Meşələrdə ayı, canavar, maral, bəbir, qaban yaşayır. Quru zonalarda çoxlu miqdarda kərtənkələ, zəhərli ilan və digər sürünənlər, habelə dovşanlar, canavarlar, tülkülər olur. Kür və Araz ovalıqlarında vəhşi qabanlar, cüyürlər, porsuqlar, çaqqallar olur. İri heyvanlardan burada ceyranlar yaşayır. Dağıstan dağ keçisinə, köpkərə rast gəlmək olur. Xəzər dənizinin dayazlıqlarında müxtəlif quş aləminə– qırqovula, kəkliyə, tetra quşuna rast gəlinir. Quşların çoxu – ördəklər, qazlar, qu quşları, vağlar, qızılqazlar, qutanlar, qarabatdaqlar qışlamaq üçün uçub bura gəlirlər.

 Flora 
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox bitki növləri yayılmışdır, o cümlədən 200 endemik növlər vardır ki, bunların da arasında nadir və kökü kəsilən növlərə rast gəlinir. Azərbaycanın ərazisində genişyarpaqlı meşələr, qarışıq meşələr, tuqay meşələri, həmişəyaşıl bitki əkinləri, subalp seyrək meşələri, alp çəmənlikləri (dağlarda) vardır. Çaylar 

Azərbaycanın bütün çayları Xəzər dənizinə tökülür. Azərbaycanda 1 250-dək xırda çaylar vardır. Çayların çoxu Qafqazın ən iri çayı olan Kür çayı (uzunluğu 1515 km, sahəsi - 188 min kv.km). hövzəsinə aiddir. Onların bəziləri birbaşa Kürə, digərləri onun ən iri qolu olan Araz çayına – Azərbaycanın ikinci iri çayı (uzunluğu 1072 km), üçüncüləri birbaşa Xəzər dənizinə tökülür. Kür çayının üstündə Mingəçevir SES və Mingəçevir su hövzəsi (605 kv. km) tikilmişdir.

goygol

  Göllər 

Respublikada 250 göl vardır, onların çoxu kiçik göllərdir, ən böyük göl Hacıqabul (sahəsi 15,5 kv. km) gölüdür. Ondan bir az kiçik göl Böyükşor (10 kv.m.) gölüdür. Murovdağ sıra dağlarının şimal-şərq yamacında bir sıra gözəl mənzərəli göllər vardır, onlardan ən gözəli bütün Qafqazda tayı-bərabəri olmayan Göygöldür.

  • 2AZAL-website-ico.png
  • Aeroflot-Russian-Airlines-Logo2.png
  • atlasjet.png
  • austrian.png
  • belavia.png
  • British.png
  • China.png
  • csa.png
  • flyduba2i.png
  • flydubai.png
  • LogoLufthansa.png
  • onur-air.png
  • pegasus-large-logo.png
  • Qatar-Airways-logo-logotype-1024x768.png
  • S7-Airlines-logo.png
  • turkish-airlines-logo.png
  • UIA.png
  • Uzbekistan.png
  • wizz4.png