İnfrastruktur layihələr üzrə ixtisaslaşmış beynəlxalq AEKOM şirkəti dünyanın ən çox ziyarət edilən muzeylərinin siyahısını açıqlayıb. Siyahıya 2013-cü ildə 9,3 milyon ziyarətçi qəbul edən Parisin Luvr muzeyi başçılıq edir. Analitiklərin sözlərinə görə, hətta girişi pulsuz olan Britaniya muzeyləri belə ziyarətçi sayında Paris muzeylərinə çata bilmirlər. Muzeyin qonaqlarının 66%-ni isə ABŞ, Braziliya, İtaliya, Avstraliya və Çindən gələn insanlar təşkil edir.
Xatırladaq ki, ötən həftə ziyarətçilər üçün Luvr muzeyinin Breguet saat evi tərəfindən təmir edilən və XVII-XVIII əsrə aid eksponatların sərgiləndiyi daha bir neçə zalı açılıb.
Ən çox ziyarətçi axını olan dünyanın 20 muzeyinin siyahısı:
1. Luvr, Paris.
2. Müasir tarix milli muzeyi, Vaşinqton.
3. Çin milli muzeyi, Pekin.
4. Aviasiya və Kosmonavtika milli muzeyi, Vaşinqton.
5. Britaniya muzeyi, London.
6. Metropoliten muzeyi, Nyu-York.
7. Milli Qalereya, London.
8. Vatikan muzeyi.
9. Müasir tarix muzeyi, London.
10. Amerika müasir tarix muzeyi, Nyu-York.
11. Amerika tarixi milli muzeyi, Vaşinqton.
12. Teyt Modern, London.
13. Milli saray-muzeyi, Taybey.
14. Milli İncəsənət Qalereyası, Vaşinqton.
15. Pompidu Mərkəzi, Paris.
16. Elm və texnika muzeyi, Şanxay.
17. Orse muzeyi, Paris.
18. Elm muzeyi, Tayçjun.
19. Elm muzeyi, London.
20. Viktoriya və Albert muzeyi, London.